Xəzər jurnalı

Azərbaycan Tərcümə Mərkəzinin nəşri

Jurnal 1989-cu ildən çıxır


Redaksiya kollegiyası

V.Bayatlı

Elçin

E.Şıxlı

Ə.Əylisli

K.Abdulla

N.Qasımoğlu

R.Rövşən

S.Rüstəmxanlı

C.Yusifli

Redaksiya

Baş redaktor:

A.Məsud

Baş redaktor müavini

S.Budaqlı

T.Abdin

Yaşar

Q.Toğrul

Bədii texniki tərtibat redaktoru: N.Veysəloğlu

Azərbaycan Bədii Tərcümə Ədəbi Əlaqlər Mərkəzi

Tuesday, November 23, 2010

TÜRK XALQLARI ƏDƏBİYYATINDAN

Fazil Hüsnü Dağlarca

1914- ildə İstanbulda anadan olub. AtasıHasan Hüsnü bəy hərbçi, polkovnik-leytenant olduğundan tez-tez yer dəyişirdi. Ona görə Fazil Hüsnü orta təhsilini Türkiyənin müxtəlif şəhərlərindəKonyada, Kayseridə, Adanada Kozanda alıb.

1935-ci ildə hərbi məktəbi bitirərək atasının yoluyla gedir, zabit kimi Şərqi Orta Anadolunu, Trakyanın bir sıra bölgələrini dolaşır. 15 il orduda qulluq edəndən sonra yüzbaşı rütbəsində istefaya çıxır. 1960- ildən İstanbulun Aksaray səmtində kitab evi açır, «Türkcə» adlı curnal buraxır.

O vaxtlar yeni yazdığı şeirləri kitab mağazasının vitrininə yapışdırar, oxucular Dağlarcanın şeirini elə ilk əldənəlyazısında oxuyardı. Bu şeirlər sonra yığılıb kitab olardı.

F.H.Dağlarca qədər məhsuldar ikinci bir şair tarmaq bəlkə çətindir. Vaxtilə Əziz Nesin öz dostu haqda belə demişdi: «Dağlarca gündə 10 şer yazır, ondan heç olmasa 5-i yaxşı çıxır».

Sağlığında 100-ə yaxın kitabı çar olunub. Dağlarca bu 100 kitablıq şerləri ilə özünəqədərki poeziyanın həm üslub, həm obraz, həm dil yönündən axarını dəyişib öz bildiyi səmtə çəkmək istəyib. Çox zaman istəyinə nail olan şair XX əsr türk poeziyasında özünəməxsus bir yer tutub, şeyrləri dünyanın bir çox dillərinə tərcümə olunub.

Yedditəpə, Türk Dil Qurumu Pittsburq Universitetinin Şeir Ödüllərini alıb, 1974- ildə Yuqoslaviyanın ən böyük «Struda» (Qızıl çələng) şeir mükafatına layiq görülüb.

F.A.Daglarca 2008-ci ilin 15 oktyabrında, 94 yaşında vəfat edib.

Varlıq

Bir dərd bulduq özümüzə

Daldan düşən yarpaq üçün.

Allahımız qıyar bizə

Bir ovucluq torpaq üçün.

Rüzgar - göydə bir gəzinti;

Üşüyürük axşam vaxtı.

qızmar bədənlər getdi

Torpağı isitmək üçün.

Daş yerə düşər

Quşlar buludlar sevdasında

Göylərə doğru heyranlıqla atar cocüğüm

Daş yerə düşər.

Allahın masmavi səmasında,

Evlər, minarələr yüksəlir səssizlik kimi,

Daş yerə düşər.

Bəlkə sərvlər arasında

Məzarım başına daş qoyacaqlar

Daş yerə düşər.

Dörd qanadlı quşgecə sözü.

Dörd gözünü açar

Qaranlıq

Dörd qanadımın

Düşünü[1] görmək üçün.

Tanrıyla mən

O, işinin ozanı,

Mən

Tanrısıyam işimin.

* * *

İsa,

Beləcə gəldin-keçdin

ayrılmadın heç

Göy qatının yuxusuz gecəsindən.

Daşda, taxtada, divarda, rəsmdə

Söylədin ninnisini

Bilinməyənin, - səssiz.

Daddırdın

Göyə gedərək

Göyün mavisində

Sonsizlugu.

Var oldun ölkə-ölkə, söz-söz.

sən kimsəni yaratmadın,

Səni yaratdılar.

bu zavallı insanlar

Nədən sevər səni

Belə

Çox,

Bilirmisən?

Asılı qalıb elə hey

Alırsan agrısını hamının çarmıxda.

Oyanar-oyanmaz o

İşıqmı, çiçəkmi, otmu, sumu

qədər erkən qalxsam

Biri var

Məndən erkən qalxmış

Hazırladı: Əhməd Oğuz


[1] Дцш - йуху

Contributors